Menu
Geri İrəli

Qarabağ qaziləri Fəvvarələr meydanında mitinq keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 611 dəfə • Şərh yoxdur

“Qarabağ qaziləri” Cəmiyyəti dünən Həmkarlar İttifaqının qarşısında özünü yandıran Qarabağ əlili Zaur Həsənovun hüquqlarını müdafiə məqsədi ilə dekabrın 28-də, saat 15:00-də Fəvvarələr meydanında mitinq keçirəcək.

Bu haqda interpress.az-a Qarabağ qazisi, AXCP rəyasət heyətinin üzvü Asif Yusifli məlumat verib. Asif Yusifli deyib ki, Qarabağ əlilinin hüquqlarını müdafiə üçün bir qrup əlil, partiya üzvləri, qeyri-hökümət təşkilatları meydana axışacaq.

Məqsəd isə, Qarabağ əlillərinin mülkiyyət hüquqlarının pozulmasını ictimaiyyətə çatdırmaqdır. Qeyd edək ki, dünən səhər saatlarında Qarabağ əlili Zaur Həsənov özünü yandıraraq intihara cəhd edib. O, bunu mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırıb.  Abuzər
İnterpress.az

mitinq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın