Menu
Geri İrəli

Qələbə Günü münasibətilə Sumqayıtda təntənəli yürüş – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2016 • Baxış sayı: 3,310 dəfə • 1 şərh
Share Button

İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü mayın 9-da Sumqayıtda da geniş qeyd olunub.

Tədbirdə müharibə veteranları, şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə əklil və gül dəstələri düzülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə  təbrik edib.

Çıxış edən veteranlar onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, “Şahin” hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin üç mindən çox şagirdi hərbi orkestrin müşayiəti ilə yürüş ediblər. Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.

0a261c10-8267-4403-a501-c2195bca8351-min 7f62da9e-062f-48a1-9cf9-9781a9a006d5-min 71d092db-647e-4eb1-9e87-9b6ee7582271-min 85a2847e-6ad8-4b61-bf61-7dc1c7aab6b1-min 91546e03-39e0-4b87-89a8-24323644d545-min 58546307-a1a5-44d9-b18b-638452fad79a-min DSC_0001-min DSC_0006-min DSC_0012-min DSC_0014-min DSC_0104-min DSC_0107-min DSC_0112-min DSC_0117-min DSC_0121-min DSC_0127-min DSC_0163-min DSC_0170-min DSC_0290-min DSC_0298-min

1df6615a-2a34-4f56-bb08-89e956560ae0-min

7b0bd164-76e6-4742-be8b-a6d4ee4bdc6c-min

015b8307-0f55-42b2-86a7-5ca195cdc389-min

6646abbd-c106-4dce-88be-cda9f0528659-min

539886c0-f3e8-4634-b0ca-978321c75b41-min

ac8a4f6e-e81a-479b-936b-4f074eec5a3e-min

Facebook Şərhləndirmə:
Share Button

“Qələbə Günü münasibətilə Sumqayıtda təntənəli yürüş – FOTOLAR” yazısına bir cavab

  1. Ayla deyir:

    Saq olun Zakir muellim siz ki yaslilara bele hormet edirsiz,deyer verirsiz allah sizden razi qalsin Menim de babam vetirandi lakin cox qocadi gele bilmedi hemin gun amma siz onu evde tebrik etdim.Bu neye desen deyer Onlarin sevinci size alqisdi.biz gencler size saq ol deyirik.COX SAQ OlUN

Şərhinizi yazın