Menu
Geri İrəli

QHT Sumqayıt və Qusar bələdiyyələri ilə dostluq qrupu yaradacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2014 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur
indirasemsivariii
“Tərəqqi sosial-iqtisadi araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Sumqayıt və Qusarda ictimai problemlərin həlli məqsədilə QHT-bələdiyyə əməkdaşlığının gücləndirilməsi” layihəsinə start verib. İB sədri İ.Şəmsivari deyib ki, layihənin məqsədi QHT bələdiyyə institutları arasında sağlam münasibətlərin qurulması və Sumqayıt və Qusar bələdiyyələri ilə dostluq əlaqələrinin formalaşdırılmasıdır. 4 ay həyata keçiriləcək layihədə zamanı Hər iki şəhərdə bələdiyyə QHT münasibətləri öyrəniləcək, bu sahədə mövcud problemlər ardana qaldırılacaq. Eyni zamanda bələdiyyələrlə dotsluq qrupları yaradılacaq ki, bu da hər iki institutun birgə fəaliyyətini zəruri edəcək.
 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın