Menu
Geri İrəli

Qubadlılar doğma yurda qayıdacaqları günün uzaqda olmadığına inanırlar

Müəllif: Sumqayitxeber.com • Tarix: 31 Avqust 2015 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

1441011606383294328_750x500Sumqayıt, 31 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı” memorial kompleksdə tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarından olan qonaqlar iştirak edirdilər.
AZƏRTAC xəbər verir ki, Şəhidlər Xiyabandakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı məzarları ziyarət etdilər, üzərinə tər güllər düzdülər.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirdi ki, işğaldan ötən 22 ildə zəngin tarixə malik olan rayonun bütün əmlakı ermənilər tərəfindən talan edilib. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın insan ağır yaralanıb, 300-dən çox sakin əlil olub, təqribən 100 nəfər itkin düşüb. Rayondan 9 nəfər Milli Qəhrəman adına layiq görülüb.
Bildirildi ki, Qubadlının 36 min nəfərdən artıq əhalisi hazırda respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Onların böyük əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harada məskunlaşmağından asılı olmayaraq, sakinlərin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu Öndərimiz tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
M.İsaqov qeyd etdi ki, dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirir. Bu diqqət və qayğını minnətdarlıqla qarşılayan qubadlılar doğma yurda qayıtmaq istəyi ilə yaşayırlar. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.
Sonra çıxış edənlər də 22 il ərzində vətən həsrəti ilə məcburi köçkün ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülük və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak edirlər.
Mərasimdə səslənən bütün çıxışlarda beynəlxalq güclərin təcavüzkara yetərincə təzyiq göstərməməsinin təəssüf doğurduğu bildirildi və torpaqlarımızın işğaldan azad ediləcəyinə sonsuz inam ifadə olundu.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın