Menu
Geri İrəli

Rəşad Abdullayev: ““Sumqayıt”dan təklif almışam”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2013 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

“Qəbələ” klubunun kapitanı Rəşad AbdullayevSportarena.az saytının suallarını cavablandırıb:

-“Neftçi”-“Qəbələ” oyunu barədə fikirlərin…

-Əslində qələbə ümidilə oyuna başlamışdıq. Sonradan buraxdığımız səhvlər ucbatından uduzduq.

-Keçmiş komandana qarşı oynayırdın….Nostalji hisslərin var idimi?

-İstər-istəməz olmalı idi bu hal. Komandada yaxşı günlərim olub, o komanda ilə çempion olmuşam.  Bu bizim üçün əslində normaldır. Çünki bu sezon bu komandada, gələn il ayrı komandada oluruq. Çalışırdım ki, buna fikir verməyim,  düşüncəm oyuna aid olsun. Qələbə üçün əlimizdən gələni etdik.

-Oyun zamanı 2 qırmızı vərəqə oldu….Buna münasibətin necədir?

-Əslində hakimin idarəçiliyindən xoşum gəldi. Özünü itirmirdi. Düzgün oyun aparırdı. Qırmızı vərəqəni də “Neftçi”nin oyunçusu olan Flavinyoya çox rahat verdi. Epizodada çox yaxın idi. Gördü və verdi qırmızını.

-Bu mövsüm “Qəbələ” ilə müqavilən başa çatır. Hansısa klubla müqavilə imzalamaq fikrin varmı?

-Fikrim hələki “Qəbələ”dədir. Komandamı, yəni  bizi  qabaqda çətin oyunlar gözləyir. Bu sezonu yola verim, bitsin, “Sumqayıt”dan təklif almışam. Baxacam.

-Təkliflər var, deməli…

-Hə, 2 klubdan təklif almışam. Ancaq təklifləri sezon bitəndən sonra dəyərləndirəcəm. Hələ ki, “Qəbələ” klubundayam.

-İki klub dedin. Bu təkliflər ölkə daxilindədir, ya xaricində…?

-Ölkə daxilindəki klubların təklifini qəbul edəcəm. Xaricə getmək mənim üçün çox gecdir. Ölkə daxilində, ən əsası isə şəhərdə, yəni Bakıda olsun.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın