Menu
Geri İrəli

Ramil Usubov polis rəislərini dəyişir

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2014 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis şöbəsinin rəisləri dəyişdiriləcək. 

Verilən məlumata görə, bununla bağlı nazirin əmri artıq hazırdır. Yaxın zamanda əmrin rəsmən elan ediləcəyi gözlənilir.

Dəyişdiriləcək polis rəislərinin adı da artıq məlumdur.

Bunlar Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev, Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polkovnik Möhübbət Hüseynov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Namiq Camalovdur.

 Hazırda AzNews.az bu rayonların polis şöbələrinin rəisi vəzifəsinə təyin ediləcək şəxslərin adlarını dəqiqləşdirir.

ramil usubov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın