Menu
Geri İrəli

Rəfael Ağayev 12-ci dəfə avropa çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Mart 2015 • Baxış sayı: 1,007 dəfə • Şərh yoxdur

Rəfael Ağayev w

Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurublar.

ANS PRESS-in Azərbaycan Karateçilər Federtasiyasına istinadən verdiyi məlumata görə, idmançılarımızdan Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) isə gümüş medala sahib olublar. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşayıb.

Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda görüşdə tanınmış fransız idmançısı Min Duk Vu Dak səddini aşa bilməsə də ilk beşlikdə yer alıb.

Komanda yarışlarında isə üçüncü yer uğrunda Almaniya millisinə qalib gələn Azərbaycan yığması bürünc medala sahib olub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın