Menu
Geri İrəli

Ruhi xəstə qapını bağlayıb, evdə 3 nəfəri döyürmüş

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Avqust 2009 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Ruhi xəstə xilasedicilərin avadanlıqlarını da zədələyib

Dünən Sumqayıt şəhərində ruhi xəstə olan 1 nəfərin giriş qapısını qəsdən bağlayaraq mənzildə olan 3 nəfər ailə üzvünə zor tətbiq etməsi barədə məlumat daxil olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, həmin şəxs köməyə gəlmiş xilasedicilərin istifadə etdiyi avadanlıqları zədələməklə onların həyatı üçün təhlükə yaratmağa cəhd göstərib, bununla da onların içəri daxil olmalarına mane olub.

Xilasedicilər qonşu mənzilin eyvanına çıxaraq ruhi xəstənin diqqətini yayındırmağa müvəffəq olublar. Bu zaman əks tərəfdəki pəncərədən içəri daxil olmuş xilasedicilər xəstəni zərərsizləşdirib və aidiyyəti üzrə təhvil verib, zor tətbiq edilən 3 nəfəri isə xilas ediblər.

Əməliyyat saat 11:40-da başa çatıb.

LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın