Menu
Geri İrəli

Şəhərimizdə xeyriyyə aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2011 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

«Azərikimya» İB-də əlillər üçün xeyriyyə aksiyası keçirilib və onlara əlil arabaları hədiyyə edilib

 Oktyabr – noyabr aylarında Sumqayıtda «Mərhəmətli olmağa tələsin!» devizi altında keçirilmiş geniş miqyaslı xeyriyyə aksiyası şəhərin aztəminatlı və şəhid ailələrinə, həm­çinin əlillərə olan diqqəti daha da artırılıb.

Bugünlərdə «Azərikimya» İB-nin akt zalında keçirilmiş xeyriyyə təd­birində Sumqayıt şəhərində yaşayan, hərəkətetmə imkanları məhdud olan müxtəlif yaşlı bir qrup əlilə yeni əlil arabaları və hədiyyələr təqdim edilib.

İdarə olunması və rahatlığı baxımından əlverişli olan əlil arabaları ilə təmin olunan­la­rın valideynləri və yaxınları göstərdiyi xeyirxahlığa, diqqət və qayğıya görə aksiyanın təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə ölkə rəhbərliyinin əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl ola­raq həyata keçirdiyi tədbirlərlə yanaşı bu cür humanitar aksiyaların Bakı və Sumqayıt şə­hərlərində fəa­liy­yət göstərən idarə və müəssisələrin, qeyri-hökumət təşkilatlarının, özəl firma və şirkə­tlərin dəstəyi ilə davam etdirilməsinin də mühüm olduğu vurğulan­ıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın