Menu
Geri İrəli

Səthi aktiv maddələr zavodunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2011 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur

ARDNŞ-in bütün struktur sahələrində olduğu kimi, «Azərikimya» Istehsalat Birliyində də son dövrlərdə əməyin mühafizəsinin təşkili, bilavasitə istehsalatda çalışan işçilərin həyat və sağlamlığının qorunması ilə bağlı həyata keçirilən profilaktiki və maarifləndirmə tədbirlərinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir.

Birliyin ARDNŞ tərkibinə daxil olduğu bir ildən artıq müddət ərzində «Azərikimya»nın bütün istehsal və köməkçi sahələrində hər bir kimyaçının əməyinin və texniki təhlükəsizliyinin təmin olunması məqsədilə ardıcıl olaraq bir sıra tədbirlər keçirilmiş, hər bir əməkçi xüsusi iş geyimi və fərdi mühafizə vasitələri ilə təmin olunmuş, qurğuların xidmət pilləkən və meydançaları müasir standartlar səviyyəsində yenidən qurulmuş, gecə növbəsində işləyənlər üçün görmə sahəsinin genişləndirilməsi məqsədilə və istehsalatların, müəssisədaxili ərazilərin daha yaxşı işıqlandırılması üçün işıq sistemləri normativlərə uyğun şəklə salınmışdır.

«Azərikimya»nın Səthi aktiv maddələr zavodunda müəssisənin istehsalat, , növ­bə və şöbə rəislərinin,  Birliyin Nəqliyyat və xüsusi texnika idarəsi işçilərinin, əməyin müha­fizəsi və ekologiya üzrə mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə hər bir kimyaçının həyat və sağlamlığının qorunması ilə bağlı son bir ildə görülmüş işlərlə yanaşı aradan qaldırılması vacib olan problemlər, qarşıda duran vəzifələr haqqında geniş müzakirələr aparılmışdır. Müəssisələrin istehsalat, və sahə rəisləri tərəfindən rəhbərlik etdikləri ərazilərdə sağlamlıq üçün əlverişli olmayan, problem yarada bilən bütün halların vaxtında müəyyənləşdirilməsi və onların ləğvi üçün operativ tədbirlərin  görülməsinin vacibliyi vurğulanmışdır. Tədbirdə qeyd olunduğu kimi, hər bir kimyaçının həyatı və sağlamlığı yalnız onun şəxsi problemi və qayğısı deyil, müəssisə rəhbərlərinin qayğısı, bütünlükdə dövlətimizin xüsusi diqqət yetirdiyi  mühüm bir sosial məsələdir.

Tədbirin sonunda əyani təbliğat və təşviqat vasitəsi olaraq əməyin mühafizəsinin təşkili və ekologiya ilə bağlı analoci müəssisələrdə qabaqcıl təcrübələri əks etdirən video-sücetlər nümayiş etdirilmişdir.

Əməyin mühafizəsi və ekologiya üzrə  ardıcıl və sistemli olaraq təşkil olunan bu cür tədbirlər son günlərdə Birliyin Etilen-polietilen zavodu və Təmir-tikinti idarəsi, həmçinin «Üzvi sintez» və Mexaniki-təmir zavodlarının və istehsalat rəhbərləri üçün də keçirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın