Menu
Geri İrəli

SDU-da tələbələr üçün “Nəyi kəşf edəcəksiniz?” karyera forumu təşkil edilib

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 1 Noyabr 2014 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur

14146901144947350924_600x400Sumqayıt, 30 oktyabr, Ətrabə Rzayeva, AzərTAc
Sumqayıt Dövlət Universitetində (SDU) neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə təhsil alan tələbə və məzunlar üçün bp şirkətinin təşkilatçılığı ilə “Nəyi kəşf edəcəksiniz?” karyera forumu keçirilib.
Tədbirin keçirilməsində məqsəd neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislərin yetişdirilməsidir.
AzərTAc xəbər verir ki, tədbiri SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazov açaraq bildirib ki, bu forum bp şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və şirkətin nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır. Qeyd olunub ki, tələbələr bp şirkətinin nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planlarını müzakirə edə biləcəklər. Onlar, həmçinin şirkətin Azərbaycanda və regionda 20 il ərzində dənizdə və quruda həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaqlar.
Sonra bp şirkətinin Tələbə və məzunların işə qəbulu üzrə proqram mütəxəssisi Dilarə Mustafayeva gənc mütəxəssislər proqramı və yay təcrübəsi proqramı haqqında tələbə və məzunlara ətraflı məlumat verib.
Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru Həlimə Mahmudova bu proqramlara onlayn müraciət formasını tələbələrə izah edib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Mənbə : azertag.az

Facebook Şərhləndirmə:

Şərhlər bağlıdır.