Menu
Geri İrəli

ŞOK – Dövlət qulluqçuları toyuq soyğunçuluğunda

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2013 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur

Ekologiya Nazirliyinin bəzi əməkdaşlarının ağacların kəsilməsində, yaşıllıqların məhv edilməsində əllərinin olduğunun şahidi olmuşduq. Amma budəfəki hadisə tamamilə tükürpədici oldu. Adının hallanmasını istəməyən vətəndaşlardan biri bu gün birlik.az saytı ilə əlaqə yaradaraq xəbər verdi ki, Ekologiya Nazirliyinin əməkdaşları Qobustan rayonu ərazisində  yolun kənarında sakinlərin toyuq-cücəsini “çöl quşları” adı ilə, sözün əsl mənasında, qapazlayırlar. Əvvəllər bir neçə dəfə bu hadisənin baş verdiyini deyən vətəndaş qeyd etdi ki, hazırda yenə bu çirkin əməl davam etməkdədir. Hadisənin, doğrudan da, baş verdiyini öyrənmək üçün Ekologiya Nazirliyinin bəzi əməkdaşları ilə əlaqə saxladıq. Adlarının çəkilməsini istəməyən dövlət qulluqçuları əvvəl təkzib etmək istəsələr də, sonradan faktı təsdiq etdilər. Birlik.az saytı olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, məsələni Ekologiya Nazirliyinin rəsmiləri ilə əlaqə saxladıqdan sonra davam etdirəcəyik.

Məmməd

Birlik.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın