Menu
Geri İrəli

Stadionda xəsarət alan sumqayıtlı azarkeşin atası: “Qarabağ canımızdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2014 • Baxış sayı: 607 dəfə • Şərh yoxdur

qarabaq-fk“Qarabağ” – “Dnepr” matçından öncə xoşagəlməz olay baş verib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda 11-ci sektorunun dəmir qapısının aşması nəticəsində Sabir Miriyev adlı azarkeş xəsarət alıb. Xoşbəxtlikdən “Qarabağ” fanatının həyatı təhlükəsi yoxdur. Bu haqda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sosial şəbəkədə məlumat verib: “Hazırda xəstəxanadayam. Allaha çox şükür ki, stadionda yaralanan Samir adlı azarkeşimizin həyatı təhlükəsi yoxdur. Sabah əməliyyat olunacaq. Samirin atasının “Qarabağ canımızdır” deməsi adamın tüklərini biz-biz etdi”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın