Menu
Geri İrəli

Sulu qar və qar yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2013 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

Sabahdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Bakıda günorta saatlarında 10-14 dərəcə isti olacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək.

Noyabrın 28-dən dekabrın 1-dək Azərbaycan rayonlarında bu müddətdə fasilələrlə yağış yağacağı gözlənilir (noyabrın 29-da gündüz yağntılarda qısa bir fasilə olacaq), respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.

qar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın