Menu
Geri İrəli

Sumqayıt Avtomobil Nəqliyyatı xidmətinin rəisi: “Bu halı bütün avtobuslara şamil etmək olmaz” – MÜNASİBƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur

namiqXəbər verdiyimiz kimi, bir sıra Sumqayıt sakini yerli marşurutlarda işləyən avtobusların natəmiz olmasından şikayətlənmişdilər. Biz də öz növbəmizdə bu məsələni işıqlandırmışdıq.

Məsələyə rəsmi aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənova müraciət etdik. Lakin N.Həsənov telefon zənglərimizə cavab vermədi. Daha sonra, Sumqayıt şəhər Avtomobil Nəqliyyatı xidmətinin rəisi Mahir Nəbiyevlə əlaqə saxladıq və yaranmış vəziyyətə aydınlıq gətirməsini istədik. İdarə rəsisi də XeberLent.az informasiya agentliyinə açıqlamasında bunları dedi:

“Əvvəla onu qeyd edim ki, bizim marşurutlar hər zaman öz reyslərinə çıxmamışdan qabaq həm texniki, həm də kosmetik nasazlıqlarını aradan qaldırıb işə çıxırlar. Düzdür, olur ki, bir-iki avtobus məsələdən yayınaraq şəhərə çirkli vəziyyətdə çıxırlar. Ancaq bu o demək deyil ki, bütün avtobuslar natəmiz halda sərnişinlərin xidmətində olurlar.

Avtobusların çirkli olmasının bir səbəbi də, onların çoxunun qəsəbə, kənd və sair palçıqlı yerlərdə işləməsi olur. Biz bu məsələni diqqətimizdə saxlayırıq, bundan sonra da daha ciddi işlər görəcəyik ki, yaranmış neqativ hallar aradan qalxsın.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın