Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin işçiləri Sumqayıt teatrında – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2014 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur


DSC_0356

Sumqayıt Bələdiyyəsinin işçiləri kollektiv surətdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının tamaşasına baxıb

Bugünlərdə Sumqayıt Bələdiyyəsinin işçiləri kollektiv surətdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq İsi Məlikzadənin eyni adlı əsəri əsasında hazırlanmış “Gəl qohum olaq” komediyasına tamaşa etmişlər. Azərbaycanın Xalq artisti Valeh Kərimovun rejissorluğu ilə səhnələşdirilmiş və teatrın repertuarında möhkəm yer tutan bu səhnə əsərinin baxımlı və maraqlı olmasında ustad sənətkarın eyni zamanda aktyor kimi çıxış edərək, “Gəncəli balası” Ədalətin koloritli komik obrazını yaratması mühüm rol oynamışdır. Sumqayıt Teatrının xalq tərəfindən çox sevilən veteranı ilə yanaşı digər rolların ifaçıları – respublikanın Əməkdar artistləri Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Dağlar Rüstəmov və Yalçın Səlimov da öz məharətli oyunları ilə tamaşanın alqışlarla qarşılanmasına səbəb olmuşlar.

Tamaşaya şəhərin təhsil və mədəniyyət işçiləri ilə birgə baxaraq, mədəni istirahət etmiş  Bələdiyyə içiləri  Teatrdan xoş təəssüratla ayrılmışlar.

sumqayitxeber.com 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın