Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin sədri digər bələdiyyə sədrlərlərinə dərs keçdi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında respublikanın bələdiyyə sədrləri üçün bələdiyyə qurumlarında işin səmərəli təşkili ilə bağlı mühazirə oxuyub.

1430758098_unnamed
Azərbaycanda bələdiyyə sisteminin yerli özünüidarəetmə orqanı kimi əsasının qoyulmasında və təşəkkül tapmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin, istiqamətverici təşkilatçılığının və rəhbərliyinin olduğunu minnətdarlıqla xatırladan Ə.Babayev respublikada bu qurumun əsasında beynəlxalq təcrübə ilə yanaşı milli özünəməxsusluğun da olduğunu diqqətə çatdırıb.
Dünyanın bir çox ölkələrində bələdiyyə sisteminin tətbiqinin əhalinin sosial həyatının yaxşılaşdırılmasında mühüm rolunu qeyd edən mühazirəçi alim respublikamızda bələdiyyənin yaranma tarixinin çox olmamasına baxmayaraq, bu sahədə artıq uğurlu bir Azərbaycan modelinin yarandığını qeyd edib.Yerlərdə əhalinin sosial-məişət qayğılarının daha dolğun ödənilməsi sahəsində bələdiyyələrin işinin təkmilləşdirilməsi məsələlərinin daim müzakirə olunduğu AŞPA-nın Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olaraq dünyanın bir çox ölkələrində bələdiyyə işinin təşkili ilə yaxından tanışlığı və Sumqayıt Bələdiyyəsinin sədri kimi yerli özünüidarəetmə sahəsində geniş təcrübəyə malik olan Ə.Babayev ölkənin şəhər, qəsəbə və kənd bələdiyyələri sədrlərinin toplandığı akademik kursda Azərbaycan qanunvericiliyi üzrə bələdiyyələrə verilmiş səlahiyyətlərdən, onların əhali arasında nüfuz və populyarlığının artırılmasında qanunçuluğa, hüquqi əsaslara söykənməyin xüsusilə mühüm olmasından, maliyyə gəlirlərinin düzgün və məqsədyönlü istifadəsinin, vergilərin onlayn ödənişi üzrə toplanmasının üstünlükləri və onun təşkilindən, qarşıya çıxan çətinlik və problemlərin daha səmərəli həlli yollarından, məhəllə və mikrorayonlarda yalnız yaşlı sakinlərin deyil, gənclərin, o cümlədən məktəblilərin də müxtəlif xarakterli tədbirlərə, həmçinin idmana və intellektual yarışlara cəlb edilməsinin, mətbuatla əlaqələrin genişləndirilməsinin vacibliyindən söhbət açıb.
İki saat davam etmiş mühazirə şəhər, qəsəbə və kənd bələdiyyələrinin sədrləri tərəfindən maraqla dinlənilib. Sonda professor Ə.Babayev dinləyicilərin çoxsaylı suallarını cavablandırıb, onların təkliflərini dinləyib, yerli özünüidarəetmə işinin səmərəli qurulması ilə bağlı məsləhət və tövsiyələrini  verib.
Rəhman ORXAN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın