Menu
Geri İrəli

“Sumqayıt Bizim Evimizdir” adlı təmizlik aksiyası davam edir – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2016 • Baxış sayı: 785 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 06 avqust 2016-cı il tarixindən müxtəlif sahələri təmsil edən ictimai fəal könüllərin iştirakı ilə şəhərin Heydər Parkında, Xəzər dənizi sahilində yaradılan Bulvarda, Nəsimi adına Mədəniyyət və İstirahət parkında, “Sumqayıt Bizim Evimizdir” devizi altında ekoloji maarifləndirmə və təbliğat aksiyası davam edir. 22 sentyabr tarixindən etibarən təmizlik aksiyasına öz təşəbbüsləri ilə şəhərin ali, orta ixtissas məktəblərinin tələbələridə cəlb olunmuşdur. Sumqayıt Dövlət Universitetinin, Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının, Sumqayıt Dövlət Texniki Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllim və tələbə-gəncləri aksiyada bir neçə qrupla iştirak edərək maarifləndirmə işinə dəstək olmuşlar.
Qeyd edək ki, aksiyanın əsas məqsədi şəhər sakinlərinin geniş şəkildə gəzintiyə çıxdığı bulvarda yaradılan şəraitdən səmərəli istifadə etmək, təmizliyi və yeni salınan yaşıllıq ərazini, eyni zamanda müxtəlif personajları özündə əks etdirən fiqurları qorumaq və bu kimi digər işləri təbliğ etməkdir.

"Sumqayıt Bizim Evimizdir" adlı təmizlik aksiyası davam edir - FOTO

"Sumqayıt Bizim Evimizdir" adlı təmizlik aksiyası davam edir - FOTO

Facebook Şərhləndirmə:

Şərhinizi yazın