Menu
Geri İrəli

Sumqayıt Cümə Məscidində Əhya gecəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2013 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

Sumqayıtdakı Cümə məscidində Allahın kitabı, bəşəriyyətin hidayət çırağı, haqqı batildən ayıran Qurani-Kərimin nazil olduğu Əhya gecəsi böyük şövqlə keçirilib.

SalamNews xəbər verir ki, Sumqayıt Cümə məscidində Əhya gecələri İslamın qaydalarına uyğun olaraq qeyd edilib. Məscidinin axundu Hacı Rauf Sərdarov bu günə məxsus əməllər haqqında izahat verərək bildirib ki, “Əhya gecəsi” ifadəsi azərbaycanca həm də “müqəddərat gecəsi” mənasını daşıyır. Quranın “Qədr” surəsində bu gecə barəsində danışarkən, Allah iki məsələyə diqqət yetirir. Birincisi, Quranın bu gecədə nazil olmasına, ikincisi, insanların gələn ilə kimi qədər-qismətlərinin yazılmasına. Dinimizə əsasən, insanın taleyi öz əlindədir və atdığı hər addım onun gələcəyini müəyyən edir. Bu baxımdan insan öz keçmişinin əsirinə çevirilir, keçmişdə etdikləri əməllərin qurbanı olur. Əhya gecəsində Allah bəndələrinə fürsət verir ki, keçmişlərinin əsirliyidən qurtarsınlar və müqəddəratlarını dəyişsinlər. Ona görə, Qədr gecəsinin necə keçirilməsi taleyüklü məsələdir.

Axund bildirib ki, Peyğəmbər(s) və imamlar(ə) həmin gecənin dəqiq vaxtını bizə söyləməyiblər. Bundan məqsəd daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir. Qədr gecəsi mübarək Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrindən birinə təsadüf edir. Qədr gecəsində əhya saxlanılıdğından (oyaq qalmaq) bu üç gecəyə həm də “əhya gecələri” deyilir. Mübarək Ramazan ayının 19-cu və 21-ci gecələri İslam aləmində qəmli günlərdən sayılır. 19-cu gecə İmam Əli (ə) namaz üstündə zərbələnib, 21-ci gecə isə şəhid olub. Odur ki, bu gecələrdə Həzrət Əlini(ə) yad etmək, onu uzaqdan da olsa ziyarət etmək, o həzrətə təvəssül etmək mühümdür.

Qədr gecəsinin fəziləti o qədər böyükdür ki, bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Bacardığınız qədər bu gecə Allaha xatir ibadət edin.

Foto: H.İbadlı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın