Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində beynəlxalq konfrans – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2013 • Baxış sayı: 176 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq elmi-texniki konfrans işə başlayıb.

SDU-nun mətbuat xidmətindən  verilən məlumata görə, “Mikroelektron çeviricilər və onların əsasında yaradılan cihazlar” mövzusunda SDU-nun, Azərbaycan Milli Aviasiya Akademiyası (AMAA) və Azərbaycan Texniki Universitetinin (ATU) birgə təşkilatçılığı ilə keçirilən konfrans üç gün 5 bölmə iclasında davam edəcək.

Universitetin rektoru, professor Nadir Qəhrəmanov bildirib ki, konfransa ölkənin ali məktəblərindən, AMEA-nın institutlarından, eləcə də Rusiya, Ukrayna, Gürcüstan Özbəkistandan elmi məqalələr daxil olub. Ümumlikdə isə konfransda 80-dən artıq məruzə dinləniləcək.

Sonra konfransın plenar iclası olub.

sdu sdu04

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın