Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin Mətbuat xidmətinə yeni rəhbər təyin edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2012 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur
Share Button

Tanınmış jurnalist Vüsal Məmmədov Sumqayıt Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri təyin olunub.  

2004-ci ildə  jurnalist fəaliyyətinə başlayan V.Məmmədov   2008-ci ildən “168 saat” qəzetinin baş redaktoru kimi çalışıb. 2009-cu ildə Gənclər və İdman Nazirliyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Ilin ən yaxşı gənc jurnalisti” nominasiyası üzrə mükafatlandırılıb. 2010-cu ildə ilin fəal gənclərindən biri olaraq İstedadlı Gənclərə Dəstək Fondunun fərdi təqaüdçüsü olub. Baş redaktoru olduğu “168 saat” qəzeti ölkədə 5 beynəlxalq mükafata layiq görülmüş yeganə qəzetdir. Qəzet hazırda Sumqayıtda qərarlaşıb və ölkənin ən yüksək tirajlı və ən irihəcmli regional nəşridir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın