Menu
Geri İrəli

Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmir edilir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2016 • Baxış sayı: 986 dəfə • Şərh yoxdur

IMG_3554Sumqayıt  Dövlət  Dram  Teatrı yarandığı vaxtdan etibarən incəsənət  tariximizə bir çox qiymətli səhnə əsəri bəxş edıb.Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. Ancaq son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu. Artıq  bu gün  Sumqayıt teatrı müasir tələblərə cavab verəcək şəkildə  əsaslı  təmir olunur. Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 600  yerlik tamaşa və 100 yerlik akt  zalı  ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur.  Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur.

Teatrın  ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir.Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda  tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü  olan oyma üsulu ilə işlənir. Teatrın   köhnə parket  döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəz lənib,binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada  tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılır. Bu da öz növbəsində Sumqayıt sakinlərinin  sənətin ayrılmaz hissəsi olan teatra  marağının atrmasına səbəb olacaq. Bütün bu görülən işlər teatrın kollektivini çox sevindirir.Aktyorlar bildirirlər ki,müasir  bina  teatr  sənətinin yenidən dirçəlməsinə  şərait yaradacaq.

Binanın fasadı  əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənir. Teatr   binası istər daxilən,istər xaricən  özünəməxsus   memarlıq üslubu  ilə fərqlənir. Teatrın həyətində 2 yeni fəvvarə də  tikilir.

sumqayitxeber.com AzTV-nin Sumqayıt  Dövlət  Dram  Teatrında aparılan əsaslı  təmirlə bağlı hazırladığı VİDEO reportajı təqdim edirik:

Facebook Şərhləndirmə:

Şərhinizi yazın