Menu
Geri İrəli

Sumqayıt Dövlət Unversitetində ajotaj

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2013 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

484

Sumqayıt Dövlət Unversitetində böyük ajotaj yaşanır.
Avropa.info-nun əldə etdiyi məlumata görə, SDU-nun keçmiş rektoru, Nadir Qəhrəmanov vəzifəsindən istefa etdikdən sonra , vaxtilə keçmiş rektorla rüşvət əlaqəsində olan dekanlar və  rüşvət almaqda ad çıxarmış müəllimlər təlaş içindədirlər.
Belə ki, keçmiş rektorun dönəmində rüşvətə və korrupsiyaya görə ad çıxarmış SDU-da artıq  ”təmizləmə əməliyyatı” başlanıb. Təhsil naziri Mikayıl Cabbarovun  təqdimatı əsasında SDU-ya təyin olunan və hazırda rektorun vəzifələrini icra edən Elxan Hüseynov  Universitetə gələr-gəlməz sərt islahatlar  mesajı verib. Əvvəllər BDU-da prorektor vəzifəsində çalışan  Elxan Hüseynovun  rektor təyin olunmaq üçün prezidentə təqdimatının göndəriləcəyi də bildirilir.
Əldə etdiyimiz məlumata görə,  artıq  prorektorun  nəzarəti altında dokturanturaya  imtahan keçirilib. Əvvəlki rektorun dövründə  dokturanturaya qəbul olunmaq üçün pul verənlərin hamısı bu imtahandan kəsilib. İmtahanın şəffaf keçdiyi bildirilir.
Əldə etdiyimiz  daha bir məlumatda bildirilir ki, SDU-da qış imtahanından sonra kardinal dəyişikliklər olacaq. Rüşvət almaqda ad çıxarmış dekan və müəllimlərin işdən adad ediləcəyi və bəzilərini hətta həbs təhlükəsi gözlədiyi də qeyd olunur.
Xatırladaq ki, keçmiş rektor Nadir Qəhrəmanov  eks -Təhsil Naziri Misir Mərdanovun kadrı və dostu sayılırdı. Bir müddət öncə, N.Qəhrəmanov tutduğöu vəzifədən istefa verdi.  musavat.com

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın