Menu
Geri İrəli

Sumqayıt Dram Teatrı yeni mövsümə hazırlaşır

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2015 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur

sumqayit_dram_teatriSumqayitxeber.com xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışına hazırlaşır. Sumqayıt Dövlət Dram teatrının kollektivi məzuniyyətdən qayıdıb. Bu münasibətlə yaradıcı və inzibati heyəti təbrik edən direktor İslam Həsənov yeni mövsüm planlarından danışdı. Bu mövsümdə M.F.Axundzadənin ” Hacı Qara” komediyası,  Alber Kamyunun “Kaliqula”, Frans Kafkanın “Hökm” psixoloji dramları yeni səhnə həyatı yaşayacaq. Bolqarıstandan dəvət olunmuş rejissor və bəstəkar tandemi “Otello” faciəsinin muzikl versiyasını hazırlayacaq. Ötən mövsümdə premyerası uğurlu keçən əsərlər də vaxtaşırı oynanılacaq. Hidayət Orucovun Heydər Əliyevin siyasi fəaliyyətini və epoxanın gərginliyini əks etdirən “Burdan min atlı keçdi”, Hüseynbala Mirələmovun Qarabağ hadisələrinə həsr olunmuş “Vicdanın hökmü”, M.F.Axundzadənin “Müsyo jordan və dərviş Məstəli şah”, Kamran Nəzirlinin “Norkaman” əsərləri bu sırada yer tutur. Teatrın baş rejissoru , əməkdar artist Firudin Məhərrəmov bildirdi ki, yeni mövsümün açılışı sentyabrın ikinci yarısında ” Burdan min atlı keçdi ” tamaşası ilə reallaşacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın