Menu
Geri İrəli

Sumqayıt gəncləri “Din və Dövlət” mövzusunda müzakirələr aparıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2012 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

Gələcək İctimai Birliyin təşkilatçılığı ilə gənclərin iştirakıyla “Sürəyyanı Daşlamaq” filminə baxıblar. Film Sürəyya adlı bir qadının İranda Molla rejiminin qurbanı olmasında bəhs edir. Filmə baxdıqdan sonra gənclər filmdə baş verən hadisələrin cəmiyyətimizlə uyğunluğu, dinin dövlətdən ayrı olması məsələlərini müzakirə ediblər. İştirakçılar filmdə baş verən hadisələri pisləmiş və bunun istənilən bir cəmiyyətdə müşahidə olunmasının yaxşı hal olmayacağını bildiriblər. Pəri Həziyeva bildirib ki, təsüflər olsun ki, digər dinlərlə müqaisədə insanların  düzgün olmayan hərəkətlər edərək, insanları cəzalandıraraq, terorizm hadisələrini həyata keçirdərək bunu İslam dininə əsaslanaraq etməsi halı daha çox müşahidə olunur. İnsanlar etdiklərini din adı altında pərdələyir və bunu biz digər dinlərdə görə bilmərik ki, kimsə hansısa bir pis əməl etsin və bunu xristian dini ilə yaxudda digər bir dinlə haqq qazandırsın. Murad Qərib bildirib ki, əsl İslam bu deyil, islam əsl humanist dindir və insanlar buna elm kimi yaşmalıdırlar. O zaman insanlar İslamı olduöu kimi başa düşəcəklər. Həmçinin İlhamiyyə Babazadə isə liberal cəmiyyətlərdə bu filmdə yaşanan hadisələrin olmadığını, əslində sivil, liberal cəmiyyətlərdə dinin dövlətdən ayrı olmasının vacibliyini vurğulayıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın