Menu
Geri İrəli

Sumqayıt gənclərinə “İctimai Vəkillik ” mövzusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 149 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində“İctimai Vəkillik (Advokasi)” mövzusunda təlim təşkil edilib
Tədbir Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt şəhərində fəal gənclər və effektli bələdiyyə xidmətləri” layihəsi çərçivəsində baş tutub
Layihənin koordinatoru İsmayıl Kərimov  bildirib ki, iki günlük təlimdə “SOS” Uşaq Kəndləri Azərbaycan Milli Assosiasiyasının advokasi meneceri Günel Səfərova təlim iştirakçılarına advokasi anlayışı, məqsədi, uğurlu advokasi prosesində problemin təhlili, hədəf auditoriyanın seçilməsi, mesajların ötürülməsi, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi advokasinin digər mərhələləri interaktiv metodla iştirakçılara çatdırılıb. Təlimdə gənclər qrup işləri vasitəsi ilə advokasi ilə bağlı praktiki bacarıqlar aşılanmışdır. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirilib.

gencler-telim

Facebook Şərhləndirmə:

Şərhinizi yazın