Menu
Geri İrəli

Sumqayıt gəncləri dövlət qulluğuna qəbul qaydaları ilə tanış olublar

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2015 • Baxış sayı: 647 dəfə • Şərh yoxdur

DSC_0225Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsüilə, 24 aprel 2015-ci il tarixində Sumqayıt Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının iştirakı ilə gənclərlə görüş keçirilib.

Görüş maarifləndirici xarakter daşımış və məqsədi gənclərin dövlət qulluğuna cəlb edilməsi olmuşdur.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi ElşənBaxşəliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında təsbit olunmuş peşəkar və bilikli gənclərin dövlət qulluğunda və idarəetmədə sayının artırılması istiqamətində bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, qeydetmişdirki, bu gün Azərbaycan Respublikasında idarəetmə bacarığı ilə seçilən intellektual, müasir dünya görüşlü yeni nəsil yetişməkdədir. Gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, eləcə də digər sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfəsini verir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarəolunması və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti, qarşısında duran vəzifələri, dövlət qulluğuna qəbul prosesi və bu sahədə son dövrlərdə həyata keçirilən islahatlar barədə çıxış etmişdir. A.Hüseyn çıxışı zamanı qeyd etmişdir ki, Komissiya tərəfindən keçirilən müsabiqələrdə iştirakçıların 80%-ni gənclər təşkil edir. Həmçinin, bildirmişdir ki, Komissiyanın indiyədək keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 5022 nəfər dövət qulluğu vəzifələrinə təyin olunmuşdur.

Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı video təqdimatla çıxış edən Komissiyanın əməkdaşı Anar Mirzəyev görüş iştirakçılarına dövlət qulluğuna qəbul qaydaları, müsabiqəyə təqdim olunan vakant vəzifələrin tutulması şərtləri barədəətraflı məlumat vermişdir.

Sonda gəncləri maraqlandıran suallar Komissiya əməkdaşları tərəfindən cavablandırılmışdır.

DSC_0169 DSC_0244

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın