Menu
Geri İrəli

Sumqayıt gənclərinin yay məktəbinə start verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2014 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur
Share Button

qubaHər il ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə Sumqayıt gənclərinin silsilə tədbirləri keçirilir.

Tematik “dəyirmi masa”lar, disput və debatlar, “Vətənimizi gəzək, öyrənək, sevək” devizi altında infoturlar bu qəbildəndir. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi ənənəvi “Yay məktəbi” bu il ümummilli liderin Azərbaycana rəhbər təyin olunmasının 45 illiyinə həsr edilmişdir.

Tədbir Heydər Əliyev Mərkəzindən start götürdü. Sumqayıtın müxtəlif idarə, təşkilat və müəssisələrini təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclər buraya toplaşmışdı. Onlar əvvəlcə mərkəzin ekspozisiyası ilə maraqla tanış oldular. Sonra ulu öndərin həyat və fəaliyyətinin ən unudulmaz məqamlarının lentə alındığı sənədli film nümayiş etdirildi.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov  tədbirin məqsəd və vəzifələri barədə iştirakçılara müfəssəl məlumat verdi. O qeyd etdi ki, “Yay məktəbi”nin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının səmərəli keçirilməsidir. Ötən il Qusarda təşkil edilmiş analoji tədbirlərə 7500 gənc qatılmışdır.

“Yay məktəbi”nə xeyir-dua verildikdən  sonra iştirakçılar avtobuslarda Quba rayonuna yollandılar. Şimal bölgəsinin gözəl diyarı olan Qubada sumqayıtlı gənclər ulu öndərin abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoydular. Rayonun fəal gəncləri ilə görüşlər keçirildi. Sonra iştirakçılar Quba Soyqırımı Memorial Kompleksinə gəldilər. Onlara 1918-ci ildə erməni-daşnak quldurları tərəfindən rayonun 162 kəndinin dağıdılması, 16 mindən çox qubalı soydaşımızın amansızlıqla qətlə yetirilməsi ilə bağlı ətraflı məlumatlar verildi.

İştirakçılar Qubanın Qəçrəş kəndi yaxınlığındakı istirahət mərkəzində çay süfrəsi arxasında bir araya gəldilər. Burada gənclər arasında debatlar keçirildi. Yaşıllıqlar qoynunda, Qudyalçay vadisində əyləncəli oyunlar, idman yarışları təşkil olundu. Gün ərzində açıq təbiətdə mənalı istirahət hər kəsə unudulmaz təsir bağışladı.

“Yay məktəbi” tədbirlərinin avqust ayının sonuna qədər hər həftənin şənbə və bazar günləri keçirilməsi nəzərdə tutulur.

 Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın