Menu
Geri İrəli

Sumqayıt İntellekt Mərkəzi fəaliyyətini bərpa edir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2012 • Baxış sayı: 290 dəfə • 2 şərh

Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramına daxil olan regionlarda gənclərin intellektual klublarının yaradılması çərçivəsində Sumqayıt İntellekt Mərkəzi (SİM Klub) fəaliyyətini bərpa edir. SİM Klubdan verilən məlumata görə, intellektual oyunlar üzrə ilk yarış sentyabrın 22-də baş tutacaq.

Sumqayıtda intellektual oyunlar hərəkatının bərpa olunması Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sağlam Düşüncə Gənclər Təşkilatı və Xəzər İntellektual Gənclər Klubunun iştirakı ilə baş tutacaq. SİM Klub-un sədri Ruslan Zeynalovun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində Sumqayıt gəncləri ölkə miqyaslı bir neçə layihədə iştirak imkanı qazanacaqlar.

O, bu şənbə günü baş tutacaq oyunu maraqla gözlənildiyini vurğulayaraq tezliklə klubda yüksək, universitet və məktəb liqalarının yaradılacağını qeyd etdi. biznesinfo.az

Facebook Şərhləndirmə:

“Sumqayıt İntellekt Mərkəzi fəaliyyətini bərpa edir” yazısına 2 cavab

  1. tural ibrahimov deyir:

    men de bu yariwlarda iwtirak etmek isterdim.

  2. Ruslan S.Zeynalov deyir:

    Yarishlarda ishtirak etmek isteyenler /051/ 516 39 11 Nicat Xudiyev ve Əli Mirzəyev/051/ 972 88 52 nomreleri vasitesiyle elaqe yarada bilerler..

Şərhinizi yazın