Menu
Geri İrəli

Sumqayıt Kimya Sənaye Parkına 20-yə yaxın investisiya təklifi olub

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2013 • Baxış sayı: 133 dəfə • Şərh yoxdur

 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin iştirakı ilə Azərbaycanda sənaye parklarının fəaliyyəti üçün zəruri olan normativ-hüquqi sənədlərin layihələrinin tərtib olunması istiqamətində işlər aparılır. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən xəbərə görə, artıq bir sıra normativ-hüquqi aktların ilkin layihələri, həmçinin “Hüquqi və fiziki şəxslərin investisiya layihələrinin tələb olunan meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydaları”nın ilkin layihəsi hazırlanıb Qaydalara əsasən, hüquqi və fiziki şəxslərin investisiya layihələrinin qiymətləndirilməsi 10 meyar üzrə aparılacaq və bu zaman investisiya layihəsinin regional əhəmiyyəti, məhsul istehsalı (iş və xidmətlərin göstərilməsi) üzrə müasir texnologiyaların tətbiqi, məhsulların innovasiya və ixrac yönümlülüyü, iqtisadi səmərəliliyi, rəqabət mühitinin gücləndirilməsinə təsiri və digər amillər nəzərə alınacaq.

Artıq Sumqayıt Kimya Sənaye Parkına 20-yə yaxın investisiya təklifi təqdim edilib. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən, polimerlərin istehsalını nəzərdə tutur. Bununla belə “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər – yerli və xarici şirkətlərlə görüşlərin təşkili, ölkə daxilində və xaricdə təqdimatların keçirilməsi və s. davam etdirilir.

Nərmin Nəsirli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın