Menu
Geri İrəli

Sumqayıt kimyaçılarının ağsaqqalı dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2014 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur
Share Button

12 (1)Sumqayıtın kimya sənayesinin ilk qurucularından olan, 1957-ci ildən etibarən keçmiş Sintetik Kauçuk zavodunda əmək fəaliyyətinə başlayaraq, yarım əsrdən artıq həmin müəssisədə fədakarlıqla çalışmış istedadlı kimyaçı-texnoloq, zavodun Əməkdar veteranı, SSRİ-nin “Əlaçı kimyaçısı”, fəal ictimaiyyətçi, Sumqayıt kimyaçılarının ağsaqqalı, gözəl insan Qubad Dadaşov ömrünün 81-ci ilində uzun sürən xəstəlıkdən sonra vəfat edib.

Qubad Əmir oğlu Dadaşov 17 may 1933-cü ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gəlmişdi. 1957-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Neft Akademiyasını) mühəndis-texnoloq ixtisası üzrə bitirərək, təyinatla o zaman yenicə fəaliyyətə başlamış Sumqayıt Sintetik Kauçuk zavoduna işə göndərilib. Gənc və istedadlı kimyaçı-texnoloq kimi qurulmaqda və genişlənməkdə olan müəssisənin yeni sex və qurğularının işə salınmasında fəallıq nümayiş etdirərək, zəngin istehsalat təcrübəsi toplamış Qubad Dadaşov çox keçmədən Rusiyanın Tolyatti, Sterlitamak şəhərlərində və Rumıniyada rus, alman və cex mütəxəssisləri ilə birgə yeni kimya müəssisələrinin, mürəkkəb istehsalat qurğularının istismara verilməsində də iştirak edib.

Q.Dadaşov 2010-cu ilin noyabrına kimi əmək bioqrafiyasında ilk və son, yeganə iş yeri kimi qeyd edilmiş “Azərikimya” İstehsalat Birliyinin onun üçün doğma olan müəssisəsində çalışıb.

Neft-kimya sənayesində uzun illər səmərəli fəaliyyətinə görə Qubad Dadaşov SSRİ-nin «Əlaçı kimyaçı”sı, Sintetik Kauçuk zavodunun “Əməkdar veteranı” fəxri adlarına layiq görülüb.

İnsanpərvərliyi, xeyirxahlığı və səmimiliyi ilə sumqayıtlıların dərin hörmət və nüfuzunu qazanmış bu nurlu insan Sumqayıt şəhər Sovetinin deputatı olmuş, şəhərin ictimai həyatında daim fəallıqla iştirak edib.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Rəhman Orxan, sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın