Menu
Geri İrəli

Sumqayıt-Novxanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2009 • Baxış sayı: 343 dəfə • Şərh yoxdur

İyunun 21-i gecə saat 3 radələrində Sumqayıt-Novxanı yolunda yerləşən Sahil küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Novxanıdan Sumqayıt istiqamətinə hərəkət edən BMV X5 markalı avtomobil qarşıdan gələn VAZ 2106 ilə toqquşub. Nəticədə Jiqulinin sürücüsü 30 yaşlı Ənvər Şirin oğlu Dünyamaliyev hadisə yerində ölüb. BMV-nin sürücüsü Adil Əhəd oğlu Ömərov və sərnişini Təranə Əşrəf qızı Nemətova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sumqayıt Şəhər Polis idarəsinin müstəntiqi İsməli Kazımovun ANS-ə verdiyi məlumata görə, ilkin versiya kimi hadisəyə səbəb, BMV markalı avtomaşının yüksək sürətlə hərəkət etməsi olub. Faktla bağlı araşdırmalar aparılır./ANS TV/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın