Menu
Geri İrəli

Sumqayıt polisi AXCP üzvünü həbs etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Mart 2013 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur
Share Button

Ötən gün Sumqayıtda AXCP üzvü Daşqın Məlikov saxlanılıb. Musavat.com-un məlumatına görə, onu saat 16 radələrində Sumqayıt bazarının yaxınlığında üç mülki geyimli saxlayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsindən Daşqın Məlikovun saxlanılmasının səbəbi belə izah edilib ki, onun üzərindən saxta pul aşkar edilib.

Dostları isə həbsi Daşqın Məlikovun son zamanlar Facebook sosial şəbəkəsindəki fəallığı ilə əlaqələndirirlər. Onunla görüşə icazə verilməyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın