Menu
Geri İrəli

Sumqayıt Qızıl ayparaçılarının hesabat-seçki konfransı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 508 dəfə • 2 şərh

1402679148Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin 2012-2014-cü illərdə fəaliyyətinə həsr olunmuş hesabat-seçki konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra hesabat dövründə bölmənin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovanın məruzəsi dinlənmişdir.
Məruzə ətrafında çıxış edən “Azərikimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əbülfəz Hənifəyev və digərləri bölmənin fəaliyyətini müsbət qiymətləndirmişlər.
Konfransda bölmənin sədri vəzifəsinə M.Məhərrəmovanın namizədliyi yenidən irəli sürülmüş və yekdilliklə dəstəklənmişdir.
Sonda gizli səsvermə ilə bölmənin idarə heyətinin üzvləri və sədri seçilmişdir.

Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

“Sumqayıt Qızıl ayparaçılarının hesabat-seçki konfransı olub” yazısına 2 cavab

  1. Rəhman ORXAN deyir:

    Hörmətli Mətanət xanım, Sizi yenidən Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri seşilməyiniz münasibətilə ürəkdən təbrik edirəm, nəcib və xalqımıza çox gərəkli olan işinizdə yeni uğurlar arzulayıram!
    Hörmətlə: Rəhman Orxan.
    e-mail: rahman_orxan@mail.ru

  2. mustafa deyir:

    Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım ,nəyisə az yemişdin illər ərzində indi də lap çox yeyərsan ara da bir yenə dubayda istrahətə gedarsiz!!!

Şərhinizi yazın