Menu
Geri İrəli

Sumqayıt şəhər icra hakimiyyətinə 5 milyon manat ayrıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2011 • Baxış sayı: 267 dəfə • 1 şərh

Azərbaycan Prezidenti Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Trendbildirir ki, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər icra hakimiyyətinə 5 milyon manat ayrıldı” yazısına bir cavab

  1. israfil deyir:

    Bu ayrilan 5000000 bizim bu 18 ci mehellenin istilik problemini hell etseydi, hec derdimiz olmazdi………….

Şərhinizi yazın