Menu
Geri İrəli

Sumqayıt sakinləri etiraz etdi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 1,510 dəfə • 5 şərh

Sumqayıt şəhərinin bir qrup sakini etiraza qalxıb.

AzVision.az-ın məlumatına görə, 6-cı mikrorayon ərazisində yerləşən 29, 30, 31, 32-ci binaların sakinləri onlar üçün ayırılan istirahət meydançasının sökülməsinə etiraz ediblər. Sakinlər həmin ərazidə tikinti işlərinin qarşısını almaq üçün küçələrə çıxaraq narazılıq ediblər.

“Bu gün səhər saat 10 radələrində əraziyə İcra nümayəndələri ilə yanaşı bir neçə vəzifəli şəxs gələrək həmin ərazinin pulla satın aldıqlarını bildirib”-deyə sakinlər bildiriblər.

Meydançada tikinti işləri aparmaq istəyən iş adamının bu davranışı məhəllə sakinlərinin narazılığına səbəb olub. Əhali küçələrə tökülüşüb və polislə camaat arasında qarşıdurma yaranıb.

Sakinlər bildirir ki, həmin ərazidə uşaqların oynaması, istirahəti üçün başqa ərazi demək olar ki yoxdur.

etiraz2 etiraz3 etitraz1

Facebook Şərhləndirmə:

“Sumqayıt sakinləri etiraz etdi – FOTOLAR” yazısına 5 cavab

  1. Rəhman ORXAN deyir:

    Xalqın əməyini zaman-zaman istismar edib, əmlakını oğurlayıb, ələ keçirən, varı-dövləti aşıb-daşan pullu, imkanlı adamlar!

    Bəcdir bu xalqın əsəbləri ilə oynadınız! Ölkə Prezidentinin haqsızlığa, harınlığa, qudurğanlığa son qoymaq haqqında xəbərdarlığı sizlər üçün kifayət deyildirmi? Niyə möhtərəm Prezidentimizin xəbərdarlığını, tapşırığını saya salmırsınız? Özünüzə, pulunuza bu qədərmi arxayınsınız? Bəs şəhərin memarlıq şöbəsi hara baxır? Axı, 3-5 il əvvəl həyətlərdə hər hansı bir əlavə tikilinin aparılmasına yol verilmirdi. Bəlkə, Sumqayıtın bu şəhərdən olmayan, burada müvəqqəti işlədiklərini yaxşı bilən memarıq şöbəsinin rəhbərliyi “Sumqayıt da, cümlə-cahan da batsa da, batsın” şüarı ilə “işləməyi” üstün tutur?
    Xalqın malını yeyib, xalqa hücum edən hər kəs bunu bilsin: Prezidentimiz sizi bəd, tamahkar əməllərinizə görə gec-tec, həm də çox ciddi cəzalandıracaq! Sizlərin korrupsiya əməlləri çox davam etməyəcək. Buna tam əmin ola bilərsiniz.
    Ermənilər Qarabağı zəbt eləyib, siz isə kasıb-kusubun yaşadığı məhəllələri. Sizə torpaq belə çox lazımdırsa, gedin ermənilərdən torpaqlarımızı alın, olsun sizin. Ancaq bu da gizli deyil ki, sizlər heç vaxt torpaq uğrunda vuruşmayacaqsınız. Müharibə yenidən başlasa, yenə də kasıbları irəli verəcəksiniz. Torpaq yenə də onun uğrunda vuruşanlara, canından keçənlərə yox, heyf ki, sizlərə qismət olacaq
    Hörmətli mikrorayon sakinləri, Sizlərin isə başınıza gətirilənlər barədə şəhərin İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizova və ölkə rəhbərinə kollektiv şikayət məktubu ilə müraciət etməyiniz məsləhətdir. Mübarizənizi qətiyyətlə davam etdirin! Pul verib, həyəti satın alan kimdirsə, cəzasını almalıdır.

  2. Rəhman Orxan deyir:

    Elvin Nadir, səni nə məcbur edir ki, imkansız olan çoxluğu yox, imkanlı “işbazları” müdafiə edirsən? Bəlkə, sən də həmin “qrup”a daxilsən? Yoxsa, əlüstü qonşu binanın həyətini nişan verməzdin. İnanmaq olarmı ki, sənin “qrup”un sabah oranı da zəbt etmək fikrinə düşməyəcək? Harın adamların yox, haqqın-ədalətin tərəfində durmaq yaxşı olmazdımı?

  3. mustafa deyir:

    bu harasidi birazdan binalarin kriwasinida satacaqlar …..deyiram neterda bu haram pulari hezm ediler …..

  4. Marus Bayramova deyir:

    Hemen bu musibeti 1mehellenin sakinleri de yashayir.Bina 2a,4ve 4a-nin ushaqlqrinin oynadiqi ve mektebe geden yolun ustunde kecmish millet vekili Nizami Isgenderov tikinti aparmaq isteyir.Ozude heyetde 2baqca ola-ola.Xalqin pullari ile harinlayanin biri

  5. İlham Ağayev deyir:

    Siz gözü doymayan imkanlı insanları qınamayın onları yalnız qəbirstanlıq doyuzduracaq.Ancaq o sahəni onlara
    bizlərdən işgal edib onlara satan məmurlardan yazın. Şəxsiyyət vəsiqələri olan ancaq şəxsiyyətləri olmayan məmurlardan.

Şərhinizi yazın