Menu
Geri İrəli

Sumqayıt sakinləri Nabranda dənizdə batdı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2014 • Baxış sayı: 1,389 dəfə • Şərh yoxdur

sumqayitxeber.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1500 metr aralı, nəzarət olunmayan ərazidə) 1971-ci il təvəllüdlü Kərim Qədir oğlu Şirinov və 1998-ci il təvəllülü Bəhram Rəfail oğlu Həmzəyev batıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

K.Şirinov və B.Həmzəyevin cəsədləri batdıqları yerdən xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

sumqayitxeber.com saytına daxil olan məlumata görə dənizdə batan şəxslər Sumqayıt şəhər sakinləridir.

deniz

Facebook Şərhləndirmə:

Şərhinizi yazın