Menu
Geri İrəli

Sumqayıt sakinləri prezidentə nə yazır? – MƏKTUBLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2015 • Baxış sayı: 935 dəfə • 2 şərh

51417Hörmətli cənab Prezident!

Son vaxtlar Sumqayıtda görülən işlər biz sakinləri çox sevindirir. Şəhərimizin elə məhəlləsi, elə küçəsi yoxdur ki, orada abadlıq-quruculuq işləri aparılmasın. Müxtəlif növ ağaclar əkilir, yaşıllıqlar salınır, küçələr asfaltlanır və işıqlandırılır. Bütün bunlar şəhərimizə gələn qonaqları valeh edir. Biz bu işləri yaşadığımız Hacı Zeynalabdin qəsəbəsində də müşahidə edirik.

Möhtərəm Prezident, Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ömrünüz uzun olsun.

Hörmətlə,
Qafarov Arif Zəbi oğlu. 
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.
 
 

Hörmətli cənab Prezident!

Hazırda Sumqayıt şəhərində abadlıq-quruculuq işləri böyük sürətlə aparılır. mikrorayonlarda və məhəllələrdə yollara asfalt örtüyü döşənir, binaların dam örtükləri təzələnir, sakinlərin ən çox sevdikləri istirahət mərkəzi olan dənizkənarı bulvar yenidən qurulur. Aparılan bu işlər biz sakinlərin ürəyindən xəbər verir.

Möhtərəm cənab Prezident, ölkəmizdə yaratdığınız firavanlığa görə Sizə möhkəm cansağlığı arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Babayeva Zahidə Əyyub qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

 

Hörmətli cənab Prezident!

Vaxtilə Sumqayıta səfəriniz zamanı söyləmişdiniz: “Burada inkişaf, dizayn, quruculuq işləri Bakı şəhərinin səviyyəsində olmalıdır”. Hazırki durum məhz bundan xəbər verir. Şəhərimizdə  geniş vüsət alan abadlıq-quruculuq işləri yerli sakinlərin böyük rəğbətinə və sevincinə səbəb olub. Çalışdığım Sumqayıt 2 nömrəli şəhər xəstəxanasında da təmir-tikinti işləri həyata keçirilir.

Möhtərəm Prezident, xəstəxananın bütün kollektivi adından Sizə dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü bildiririk. Tibbi personalımız bundan sonra da xalqımızın sağlamlığı naminə fəaliyyətini təkmilləşdirəcək, üzərimizə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi üçün səylə çalışacağıq.

Dərin hörmət və ehtiramla,
Məmmədov Seymur. 
Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 
 
 

Hörmətli cənab Prezident!

Son günlər Sumqayıtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri 2 nömrəli xəstəxananın kollektivinin də ürəyincədir və bizi çox sevindirir. Şəhərdə aparılan quruculuq və abadlıq işlərinin davamı kimi 2 nömrəli xəstəxananın ətrafına da yeni asfalt örtüyü salınıb, park yenidən qurulub.

Möhtərəm Prezident,  şəhərimizdə görülən bütün bu işlər Sizin Sumqayıta göstərdiyiniz qayğının nəticəsidir. Kollektivimiz adından Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirik. Allah yardımçınız olsun. Daim var olun.

Sumqayıt şəhər 2 nömrəli xəstəxananın kollektivi adından dərin hörmətlə,

Gözəlov Vəlyəddin.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

 

Hörmətli cənab Prezident!

Son günlər Sumqayıtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri 2 nömrəli xəstəxananın kollektivinin də ürəyincədir və bizi çox sevindirir. Şəhərdə aparılan quruculuq və abadlıq işlərinin davamı kimi 2 nömrəli xəstəxananın ətrafına da yeni asfalt örtüyü salınıb, park yenidən qurulub.

Möhtərəm Prezident,  şəhərimizdə görülən bütün bu işlər Sizin Sumqayıta göstərdiyiniz qayğının nəticəsidir. Kollektivimiz adından Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirik. Allah yardımçınız olsun. Daim var olun.

Sumqayıt şəhər 2 nömrəli xəstəxananın kollektivi adından dərin hörmətlə,
Gözəlov Vəlyəddin.  
Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 
 

Hörmətli cənab Prezident!

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq həyata keçirdiyiniz uğurlu layihələr nəticəsində ölkəmizin rayon və şəhərləri sürətlə inkişaf etməkdədir. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Bu işlər Sizin bizə olan qayğınızın və diqqətinizin bariz nümunəsidir.

Möhtərəm Prezident, bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı çatdırır, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,
Əliyev Həsən Havaş oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
 
 
 
 

Hörmətli cənab Prezident!

Son illərdə həyata keçirdiyiniz uğurlu islahatlar nəticəsində ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Respublikamızın regionlarında müşahidə olunan inkişaf Sumqayıtdan da yan keçməyib. Son vaxtlar şəhərimizdə aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Şəhərimizin Kotec yaşayış massivində küçələrin asfaltlanması bu ərazinin simasını tamamilə dəyişib. Belə işlərin geniş vüsət alması bizi çox sevindirir.

Möhtərəm Prezident, bir ağsaqqal kimi həyata keçirilən bu işlərdən qürur hissi duyuram. Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Səmədov Rəhim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Hörmətli cənab Prezident!

Son günlər Sumqayıt şəhərində sürətli abadlıq-quruculuq işləri aparılır. Bu işlər şəhərimizin qəsəbələrindən də yan keçmir. Yaşadığımız Hacı Zeynalabdin qəsəbəsində də genişmiqyaslı işlər görülür, küçələr asfaltlanır, işıqlandırma sistemi quraşdırılır, 58 və 60 saylı uşaq bağçalarının dam örtükləri yeniləri ilə əvəzlənir, bağçalar istilik sistemi ilə təchiz edilir.

Möhtərəm Prezident, aparılan abadlıq-quruculuq işlərinə görə Siz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Zayıdov Akif Xanış oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Hörmətli cənab Prezident!

Minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Sumqayıtda da aparılan abadlıq-quruculuq işlərinin şəhər sakinlərini çox sevindirir. Şəhərimizin təhsil sistemində yeni islahatların aparılması, mənfi halların aradan qaldırılması, 48 saylı uşaq bağçasının dam örtüyünün və istilik sisteminin əsaslı şəkildə yenilənməsi, uşaqların qidalanmasının kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırılması parlaq gələcəyə malik yeni nəslin yetişməsinə öz töhfəsini verəcək.

Möhtərəm Prezident, biz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, uğurlarınızın davamlı olmağını ürəkdən arzu edirik.

Hörmətlə,

Adıgözəlova Ülviyyə Tağı qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Möhtərəm cənab Prezident!

Siz yorulmadan Azərbaycanın şəhər və rayonlarına səfər edir, insanlarla görüşür, problemlərimizin aradan qaldırılması üçün göstəriş və tapşırıqlar verirsiniz. Sumqayıt şəhərinə hər səfəriniz, mühüm obyektlərin açılışında iştirakınız, xoşbəxt, firavan həyatımızın təminatı üçün verdiyiniz dəyərli sərəncamlar şəhərimizin tarixinin ən şanlı səhifələrindəndir.

Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılması nəticəsində yaşadığımız binada liftlərin yeniləri ilə əvəz edilməsi Sizin sumqayıtlılara olan diqqət və qayğının bariz nümunəsidir.

Görülən işlərə görə şəhərin 13-cü mikrorayonunda yerləşən 6 saylı binanın sakinləri adından Sizə sonsuz məhəbbətimizi, dərin minnətdarlığımızı bildirir, Ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

Əfəndiyev Fəxrəddin Cəlal oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Hörmətli cənab Prezident!

Son günlər Sumqayıt şəhərində geniş abadlıq və quruculuq işləri aparılır. İşlədiyim orta ümumtəhsil məktəbi 9-cu mikrorayon ərazisində yerləşir. Hazırda mikrorayonda küçələr təmir olunur, yollara asfalt örtüyü döşənir. Həmçinin işlədiyim məktəb əsaslı təmir olunur. Bütün bu işlər bizi hədsiz sevindirir.

Möhtərəm Prezident, bilirik ki, şəhərimizdə görülən bütün bu işlər Sizin Sumqayıta göstərdiyiniz qayğının nəticəsidir. Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm.

Allah yardımçınız olsun. Daim var olun.

Hörmətlə,

Əbiçov Camal Məhəmməd oğlu,

Məhəmməd Əsədov adına orta ümumtəhsil

internat məktəbinin müəllimi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

“sumqayitxeber.com” Sumqayıt şəhər sakinlərinin noyabr ayı ərzində prezident İlham Əliyevə ünvanladıqları məktubları təqdim edir:
Hörmətli cənab Prezident!

Bu günlər Sumqayıtda baş verən müsbət dəyişikliklər biz sakinləri həqiqətən çox sevindirir. “Qurd dərəsi” adlandırılan bağlar yaşayış sahəsində avtomobil yolunun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olur və onlara böyük çətinliklər yaradırdı. Hazırda həmin yola asfalt örtüyü döşənir. Hazırda həmin yola asfalt örtüyün döşənməsi, marşrut xətti üzrə avtobusların vaxtlı-vaxtında gəlməsi və ünvana çatması, camaatın rahatlığının təmin edilməsi istiqamətində görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır

Möhtərəm Prezident, biz yaxşı bilirik ki, ölkəmizin bütün rayon və şəhərlərində, o cümlədən Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq işləri Sizin tapşırıqlarınız və göstərişləriniz əsasında icra edilir. Yaşayış massivinin sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Quliyeva Əzizə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Hörmətli cənab Prezident!

Bu gün Sumqayıt şəhərində baş verən müsbət dəyişikliklər yerli sakinləri çox sevindirir. “Qurd dərəsi” adlandırılan bağlar yaşayış sahəsində avtomobil yolunun uzun illərdən bəri təmir edilməməsi bizim rahat gediş-gəlişimizə çətinliklər yaradırdı. Hazırda həmin yola asfalt örtüyün döşənməsi, marşrut xətti üzrə avtobusların vaxtlı-vaxtında gəlməsi və ünvana çatması, camaatın rahatlığının təmin edilməsi istiqamətində görülən işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır.

Əziz Prezidentimiz, biz yaxşı bilirik ki, nəinki Sumqayıtda, ölkəmizin digər rayonlarında da həyata keçirilən islahatlar, abadlıq-quruculuq işləri Sizin tapşırıqlarınız və göstərişlərinizlə icra edilir. Yaşayış massivinin sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Hüseynova Klara Zülfüqar qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Facebook Şərhləndirmə:

“Sumqayıt sakinləri prezidentə nə yazır? – MƏKTUBLAR” yazısına 2 cavab

  1. Samir deyir:

    hech de razi deyilem, bele deyek Sumqayitda binalarin heyetinde ele yer tapmaq olarmi ki orda ishiq olsun ? 2-3 heyeti chixmaq shertile .ele heyet tapmaq olarmi ki yolu duz emelli olsun . binalarin heyetleri berbad gundedir. sheherin gorunmeyen hissesi olanda bele olmalidir beyem ? 2-3 il bundan evvel qazanxanalar uchun dovlet budcesinden pul ayrilmishdir bir iki mikrorayonda temin olundu qismen qalanlari qaldi. teshekkurleri yazanda hech olmazsa shikayetler de yazilsin.Shikayet eyib deyil sadece shikayete baxmamaq eyibdi

  2. Ruslan deyir:

    Birce iwsizlik problemdi cox cetin veziyyetdi esas prablem budur seher gozel qarin ac olandan sonra ne xeyri axi..

Şərhinizi yazın