Menu
Geri İrəli

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2015 • Baxış sayı: 1,031 dəfə • Şərh yoxdur

mehmanXəbər verdiyimiz kimi, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. O, bu vəzifədə 9 il işləyib.

Artıq yeni rəisin kimliyi də məlumdur. Belə ki, Mehman Şakir oğlu Şükürov Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsində yeni rəis işçilərə təqdim olunub.

Yeni rəisi tanıyaq:

O, 25 fevral 1965-ci ildə Ağsu rayonunun birinci Qaraqaşlı kəndində anadan olub.

1987-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “mədəni-maarif” fakültəsində təhsilini başa vuraraq 1990-1993-cü illərdə S.Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru, 1993- 1997-ci illərdə sözügedən sarayın direktoru, 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Sumqayıt Dövlət Musiqili Dram Teatrında işlədiyi müddət ərzində teatrın kollektivi onun rəhbərliyi ilə Hindistan, Türkiyə, Ukrayna, Türkmənistan, Rusiya və Gürcüstanda beynəlxalq teatr festivallarında uğurla çıxış edərək müxtəlif diplomlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.

2015-ci il iyun ayının 11-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini vəzifəsinə təyin edilib.  xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın