Menu
Geri İrəli

Sumqayıt şəhər sakini ailəsi ilə birgə ağır qəzaya düşdü: ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2014 • Baxış sayı: 1,191 dəfə • Şərh yoxdur
Share Button

Hyundai-Santafex-qezaBakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib.

“Hyundai Sonata”nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər.

Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın