Menu
Geri İrəli

Sumqayıt şəhər sakinləri şikayət edir – MƏKTUB

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2015 • Baxış sayı: 1,882 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər 9-cu mikrorayon ev 35 və 36-nın sakinləri tərəfindən sumqayitxeber.com-a şikayət məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:
“Burada biz cox acınacaqlı, dözülməz şəraitdə yaşayırıq. Yollarımız çox bərbad vəziyyətdədir. Yağış yağanda dözülməz vəziyyət yaranır. Həyətdə işıq dirəklərinin əlindən tərpənmək mümkün deyil. Bu yaxınlarda bu dirəklər yenilənib, ancaq köhnələri çıxarılmayıb. Həyətimizin işıqlandırılması yoxdur. Hava qaralan kimi çöl itlərinin əlindən uşaqlarımız çölə çıxa bilmir. Binanın zirzəmisi su ilə dolu olduğundan ağcaqanad, krisa, milçək yuvasına çevrilib.

İstilik sistemi də yoxdur ki, mənzillərimizi qızdıraq. İstilik sisteminin olmamadığından sakinlər qazdan istifadə edirlər ki, bu da çox böyük təhlükə yaradır.Tüstü bacalarının təmizlənməməsi bu təhlükəni daha da artırır.”

10917885_1515244128741976_4742457495782300994_n

10613155_1515194218746967_2367501378207950801_n sum-9 sum-9-2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın