Menu
Geri İrəli

Sumqayıt Səhiyyə şöbəsi körpələrin 10 manata satılması iddiasına CAVAB VERDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2016 • Baxış sayı: 938 dəfə • Şərh yoxdur
Share Button
img1982520“Sumqayıt şəhər 1 saylı Doğum Evində anaların imtina etdiyi uşaqların 10 min manata satılması haqda tibb bacısı Samirə Babayevanın dedikləri uydurma məlumatdır”. Bu barədə Modern.az saytına Sumqayıt şəhər Səhiyyə şöbəsinin mətbuat xidmətinin əməkdaşı Xalidə Quliyeva məlumat verib. O, qeyd edib ki, əgər bir ana körpəsindən imtina edirsə, bu haqda məlumatlar aktlaşdırılır və sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilir.
“İcra Hakimiyyətində bununla bağlı komissiya qərar verənə qədər uşaq bizdə qalır. Qərar çıxarıldıqdan sonra, imtina edilmiş həmin körpələr müvafiq idarələrə verilir”.
X.Quliyeva son 3 ildə Sumqayıtdakı Doğum evlərində uşaqlardan imtina hallarının yaşanmadığını vurğulayıb.
“Son 3 ildə uşaqdan imtina halı yaşanmayıb. Samirə Babayeva bu haqda hər yerə yazmışdı. Baş həkimdən onun düzgün olmayan tələbləri var. İki dəfə Səhiyyə Nazirliyinin komissiyası yoxlayıb, Baş Prokrorluğa məlumat verilib, yoxlamalar olub. Ombudsman Aparatından gəlmişdilər və onun dediyi faktların heç biri təsdiqini tapmayıb. Samirə Babayeva uşaq şöbəsində işləyir. Vaxtilə atılmış uşaqlarla bağlı hesab edir ki, İcra Hakimiyyətindən kiməsə satırlar”.
X.Babayeva bildirib ki, 2014-cü ilin may-iyun aylarında Səhiyyə Nazirliyi məlum şikayətlərlə bağlı yoxlamalar aparmış, bütün sənədlərə baxmışdılar.
“Uşaqların qeyri-qanuni yollarla satılması xəbəri yalandır və böhtandır. Sənədlər burdadır.
Samirə Babayeva hazırda işləyir və hər gün müəyyən tələblər qoyur. Deyir ki, çıxanda mənə nəsə verməlisiniz”.
Səhiyyə şöbəsinin əməkdaşı eyni zamanda Doğum evlərində doğuşlara qiymət qoyulması haqda iddialara da cavab verib.
“Doğuşlara qiymət qoyulması məsələsi qətiyyən yoxdur. Doğum evlərində olan vəziyyət respublikada necədirsə, bizdə də elədir. Qadınlar Bakıdan və başqa yerlərdən gəlib bizim Doğum evlərində doğuş edirlər. Hər il 1500-1600 hamilə qadın kənar yerlərdən gələrək bizdə doğurlar. Eyni zamanda, doğuşlarla bağlı güclü nəzarət var. Adını çəkdiyiniz xanımı qıcıqlandıran da budur ki, nəzarət var və o, heç nə edə bilmir”.
1 saylı Doğum Evinin baş həkimi Sevda İsgəndərli isə onun haqqında yayılanlara cavab verməkdən imtina edib. 
Qeyd edək ki, Sumqayıt şəhər 1 saylı Doğum Evində tibb bacısı işləyən Samirə Babayeva bu səhiyyə müəssisəsində valideynləri tərəfindən imtina edilən uşaqların baş həkim Sevda İsgəndərli vasitəsilə başqalarına 10 min manata satılması haqda məlumat yayıb. Satılan uşaqların sayı-hesabının olmadığını deyən tibb bacısı qeyd edib ki, ana körpəsindən imtina edirsə, ona imtina ərizəsini kadrlar şöbəsinin müdirəsi Gülya xanım yazdırır.
“Bundan sonra da uşağı almaq istəyən ailə axtarırlar. Gülya özü ləzgidir. Satılan uşaqların əksəriyyətini də alan ləzgi ailələrdir. Körpələrin satılması baş həkimin razılığı ilə həyata keçirilir. Mən orada 1996-cı ildən işləyirəm.
Dəqiq yadımdadır ki, 98-ci ildən bu yana orada imtina olunan körpələrdən yalnız 1-i uşaq evinə köçürülüb. Həmin körpə qız uşağı idi. 4 ay Doğum evində qaldı. Körpə az qala yeriyirdi. Ona görə də məcbur qalıb köçürdülər. Çünki heç kim 4 aylıq uşağı satın alıb evinə aparmaq istəmir. Yəni körpəni alan analar ətraflarına deyirlər ki, körpəni dünyaya özü gətirib”.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın