Menu
Geri İrəli

Sumqayıt Teatrı müasir görkəm alır – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2016 • Baxış sayı: 13,455 dəfə • 1 şərh
Share Button

DSC_0102Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu.

Son dövrlərdə Sumqayıt şəhərində həyata keçirilən önəmli işlərdən biri də məhz Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmiri ilə bağlı verilmiş qərar oldu. Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı  ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur.

Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəz lənib, binadakı sütunlar isə mərmərdən düzəldilib.

Binada  tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılır. Bu da öz növbəsində Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olacaq. Bütün bu görülən işlər teatrın kollektivini çox sevindirir. Aktyorlar bildirirlər ki,müasir  bina  teatr sənətinin yenidən dirçəlməsinə şərait yaradacaq.

Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənir. Teatr  binası istər daxilən, istər xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir.

www.sumqayitxeber.com

Foto: Xəqani Əzizov

fotolar

DSC_0079 DSC_0081 DSC_0084 DSC_0085 DSC_0086 DSC_0087 DSC_0089 DSC_0090 DSC_0091 DSC_0092DSC_0094 DSC_0095 DSC_0096 DSC_0097 DSC_0098 DSC_0099 (1) DSC_0100 DSC_0101 DSC_0102 DSC_0103 DSC_0104 DSC_0105 DSC_0107 DSC_0110 DSC_0111 DSC_01092

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt Teatrı müasir görkəm alır – FOTOLAR” yazısına bir cavab

  1. Xatira Suleymanova deyir:

    Axir ki , bu wehere sahib cixan icra bawcisi geldi..bir nece illerdi bawqa bawcinin dedesinin mali bilib ovuc – ovuc satdigi weheri yeniden oz gundemine getirir bu kiwi ! Ehsen Zakir muellim ! Halaldi size !!

Şərhinizi yazın