Menu
Geri İrəli

Sumqayıt təhsili: 49 faiz, 29 təmirsiz məktəb və sinifdə qalanlar

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 649 dəfə • Şərh yoxdur
Share Button

SUM

“Sumqayıtda təhsil sahəsində geriləmələr mövcuddur. Sumqayıt şəhəri üzrə 11-ci sinifdən məzun olan 2924 nəfər şagirdin 2405 nəfəri ali məktəblərə sənəd verib. Onlardan da 1448 nəfər isə tələbə adını qazanıb. Ümumilikdə qəbul göstəricisi 49, 3%-dir.”

Bu fikirləri Sumqayıt şəhər icra hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında hesabat məruzəsi ilə çıxış edən İcra başçsının müavini Sahib Quliyev səsləndirib.

S. Quliyev qeyd edib ki, dərsə davamiyyətin aşağı və tədrisin səviyyəsinin ürəkaçan olmamaması mövcud göstəricilərin aşağı olmasına gətirib çıxarib: “Bu il 56 şagird təkrar sinifdə qalib, həmçinin 1-ci sinifə qəbulda neqativ hallara yol verilib. 21 məktəb təmir olunub, 29 məktəbin isə təmirə ehtiyacı var.”

İcra başçısının müavini bağçaların vəziyyətinə də toxunub: “Şəhərdə mövcud olan 56 bağçadan 9-u təmir olunub. 48 bağçanın dam örtüyü yararsız vəziyyətdə olduğu ücün 38-i hazırda dəyişdirilib. 34 məktəbəqədər təhsil müəssisəsində isə istilik sistemləri qurulub. Bəzi bağcalarda ərzağın keyfiyyətsizliyi, təmirsiz olması və təlabatdan artıq uşaq qəbulu halları var.”

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın