Menu
Geri İrəli

Sumqayıt tennisçiləri Mahaçqalada stolüstü tennis yarışında iştirak ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2012 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur
Share Button

Mahaçqalada stolüstü tennis üzrə Dağıstan hökumətinin mükafatı uğrunda Xəzəryanı dövlətlərin Açıq Kubok yarışları keçirilib.

SalamNews xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi altında 9 idmançı (5 kişi və 4 qadın) təmsil edib. Kişilərin komanda yarışında tennisçilərimiz bürünc medal qazanıblar. Qadınların şəxsi yarışlarında isə Sumqayıt tennisçiləri Billurə Eminova beşinci və Səbinə Əhmədova altıncı olublar.Yarışın qaliblərinə Dağıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyinin Kubokları və diplomları təqdim edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın