Menu
Geri İrəli

Sumqayıt yolundakı tıxacın çarəsi tapıldı!

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2013 • Baxış sayı: 144 dəfə • Şərh yoxdur

Uzun müddətdir Bakı-Sumqayıt yolundakı tıxaclar mətbuatın gündəmindən düşmür. Bu yolda yaranmış tıxaclar insanların əsəblərini pozub desək, yanılmarıq. Əlaqədar qurumlar isə özlərini bu problemin həlli yollarını axtardıqlarını göstərmək istəsələr də, ortada heç nə yoxdur.

Amma kaliforniyalı mühəndislər tıxacların aradan qaldırılması üçün yol tapıblar. FaktXəbər-in məlumatına görə, nəqliyyat sıxlığına çarə ola biləcək kimi görünən fərqli bir sistemin Kaliforniyada sınağına başlanılıb. Nəqliyyatın sıxlığına görə əlavə yol açan maşının kəşfi sürücülərin ürəyincədir.

Mühəndislər nəqliyyatın hansı tərəfdə sıxdırsa, o tərəfə əlavə yol açan bu maşının hələlik yeganə çatışmazlığının yavaş işləməsi olduğunu söyləyirlər.

Kaliforniyada sınaqdan keçirilən bu maşın yəqin ki, hamımızın beynindən, “bu maşın Bakıya gətirilsə işə yarayarmı” kimi sual keçirir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın