Menu
Geri İrəli

Sumqayıta göndəriləcək hakimlər açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Sentyabr 2011 • Baxış sayı: 132 dəfə • Şərh yoxdur

Futbol üzrə Unibank Premyer Liqasında IV turdan təxirə salınmış “Sumqayıt Şəhər” – “İnter” qarşılaşması sentyabrın 14-ə təyin olunub.

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Matçın baş hakimi Elnur Muradov olacaq. Ona Ramiz Əsədovla Elşən Acalov yan xətt hakimləri, Fuad Həsənov isə ehtiyat hakim qismində kömək edəcəklər.

Qeyd edək ki, 4 oyundan sonra “İnter” 6 xalla 9-cu, “Sumqayıt Şəhər” isə 1 xalla 12-ci pillədə qərarlaşıb. LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın