Menu
Geri İrəli

Sumqayıta qum yağıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2013 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

Güclü külək Sumqayıt şəhərində qum yağışının yağmasına səbəb olub.

Salamnews xəbər verir ki, bu gün gecə saatlarından başlayaraq əsən güclü külək Sumqayıtda dağıntılara səbəb olub; evlərin dam örtükləri, yolkənarı reklam guşələri və ağaclara ziyan dıyib.

Dəniz istiqamətindən əsən külək özüylə gətirdiyi qum topalarını şəhər ərazisinə yayıb. Nəticədə yollarda, avtomobillərin üzərində qalın qum qatı əmələ gəlib.

Yaranan problemlərin həlli üçün Sumqayıt şəhər Mənzil Kommunal Təsərüfatı İdarəsinin (MKTİ) işçiləri təmizlik işlərinə cəlb olunublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın