Menu
Geri İrəli

Sumqayıtda əhalinin profilaktiki müayinəsi aylığına start verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2012 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi və pespublikanın səhiyyə nazirinin əmri ilə bölqələrdə dekabrın 1-dən 31-dək “sağlam həyat üğründa” devizi altında əhalinin profilaktiki müayinəsi aparılır.
Bu məqsədlə Sumqayıt şəhər səhiyyə şöbəsində xususi tədbirlər planı hazırlanmışdır. Yuxarı yaşlı şəhər sakinlərinin ay ərzində 2 və 3 saylı poliklinikada, uşaqların isə 3 saylı uşaq poliklinikasında profilaktiki müayinədən kecməsi ücün bütün lazımı şarayit yaradılmışdır. Qadınlar da diqqətdən kənar qalmamışlar. Onlar ücün şəhər qadın məsləhətxanalarında müayinə təşkil olunmuşdur.
Sumqayıt şəhər səhiyyə şöbəsindən AzərTAc-a bildirmişlər ki, bununla yanaşı uzaq yaşayış massivlərində səyyar ambulatoriyalar da təşkil olunacaqdır ki, burada yaşayan əhali profilaktiki müayinədən faydalana bilsin.
Tədbirlər planına uyğun olaraq, ilk səyyar ambulatoriya H.Zeynəlabdin Tağıyev qəsəbəsində təşkil olunmuşdur. Bu işə şəhərin təcrübəli həkim və yüksək ixtisaslı mütəxəssisləri çəlb olunmuşlar. Gün ərzində fəaliyyət qöstərən səyyar poliklinikaya yüzlərlə insan müraçiət etmişdir. Bundan əlavə, 10 oğlan uşağı sünnət edilmişdir.
Qeyd edək ki, şəhər səhiyyə şöbəsi “sağlam həyat uğrunda” ümumpespublika aylığını müvəffəqiyyətlə və səmərəli keçirmək məqsədilə marifləndirmə tədbirləri həyata kecirmiş, profilaktiki müayinənin əhəmiyyəti barədə qəzet, televiziya, internet portallarında keniş məlumatla çıxış etmişdir.

Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:

Şərhinizi yazın