Menu
Geri İrəli

Sumqayıtda əmək fəaliyyətinə başlayan xalq artistinin doğum günüdür

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2013 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur
Share Button

afaqBu gün xalq artisti, sevilən aktrisa Afaq Bəşirqızının doğum günüdür.

Gün.Az xəbər verir ki, Afaq Bəşirqızı 1955-ci ilin bu günü Bakıda doğulub.

1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni-maarif fakültəsində təhsil alıb.

Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o “Subaylarınızdan görəsiniz” əsərində Səməni, “O olmasın, bu olsun”da Sənəm, “Bankir adaxlı” tamaşasında Nisə, “Məhəbbət oyunu” tamaşasında Səltənət, “İtkin ər”də Məleykə, “Məsmə xala dayımdır”da Məsmə və s. tamaşalarda baş və əsas rolları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Bəxt üzüyü”, “Girov” filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olub.

Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı (“Yaşıl eynəkli adam”), Suğra (“Bala bəla sözündəndir”), Darçınbəyim (“Evləri köndələn yar”), Ayka (“Yarımştat”), Gülya (“Nekroloq”) rolları aktrisanı daha da məşhurlaşdırıb.

A.Bəşirqızı 1989-cu ildə əməkdar, 1993-cü ildə xalq artisti adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

2012-ci il mayın 9-da Prezident Mükafatına layiq görülüb.

Aktyor Bəşir Səfəroğlunun qızıdır.

Aytən Həsənova
Gün.Az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın